Əsas Səhifə > Rəsmi > Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşın müraciəti dinlənilib
Qazax RİH-də keçirilən ümumi qəbulda vətəndaşın müraciəti dinlənilibBu gün, 10:20 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 2026-cı ilin avqust ayı üzrə növbəti ümumi qəbul ayın 14-də keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev rayonun Xanlıqlar kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə qəbul edib. Qəbul zamanı vətəndaşın müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Geri qayıt |