Əsas Səhifə > Rəsmi > Prezident İlham Əliyev: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”
Prezident İlham Əliyev: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”Dünən, 23:20 |
|
Ölkə başçısı qeyd etdi ki, əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır. Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın. Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Eyni zamanda, Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.
Azərbaycan və Almaniya arasında imzalanmış sənədlərə gəlincə Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərə gəlincə Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində açılmışdır. Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır.Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidentinin AFR-ə 17 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev: 01-4.07.1996; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 24-26.08.2004, 22-23.09.2006, 14-16.02.2007, 21-22.11.2009, 04-06.02.2010, 03-05.02.2012, 20-21.01.2015, 06-08.02.2015, 12-14.02.2016, 06-07.06.2016, 17-19.02.2017, 14-16.02.2020, 16-18.02.2023, 13-14.03.2023, 16-18.02.2024, 25-26.04.2024). Baş nazirlərin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Baş nazirinin Almaniyaya 1 (işgüzar) səfəri həyata keçirilmişdir (Baş nazir A.Rasizadə: 21-23.10.2000); Almaniya Federal Kanslerinin AR-ə 1 (rəsmi) səfəri həyata keçirilmişdir (federal kansler A.Merkel: 25.08.2018).
Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri - Nurlan Həsənov) fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu (sədri - Yohan David Vadeful, Xristian-Demokrat İttifaqı partiyası) Azərbaycanı da əhatə edir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir (spiker O.Əsədov: 8-10.09.2019; spiker S.Qafarova: 29-30.11.2023). Almaniya Bundestaqının vitse-prezidentinin Azərbaycana 1 səfəri həyata keçirilmişdir (vitse-prezident K. Göring-Ekart: 18.07.2022). Müqavilə-hüquq bazasına gəlincə iki ölkə arasında indiyə qədər 77 sənəd imzalanmışdır. İqtisadi sahədə əməkdaşlığa gəlincə ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir. Həmsədrlər Azərbaycan tərəfindən – iqtisadiyyat nazirinin müavini, Almaniya tərəfdən – Federal İqtisadiyyat və Enerji Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin baş direktoru Ekhard Frants. İşçi qrupun indiyədək 9 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, sonuncu 9-cu iclas 10 fevral 2023-cü ildə Berlin şəhərində keçirilmişdir. 12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilmişdir.
Geri qayıt |