Əsas Səhifə > Rəsmi > “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilib
“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qazax rayonunda görüş keçirilibBu gün, 10:37 |
|
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli çıxış edərək ölkəmizdə qadınların səlahiyyətləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, qadınların şəxsi və peşəkar inkişafı üçün yaradılan imkanlar, eləcə də regionlarda təşkil olunan maarifləndirici və motivasiyaedici layihələrin əhəmiyyətindən bəhs ediblər. Görüş müxtəlif sahələrdə uğur qazanan qadınların TEDx formatında çıxışları ilə davam edib. BMT-nin Məskunlaşma Proqramının Təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə və “Maestro School”un rəhbəri Leyla Səfərli öz uğur hekayələri, təcrübələri və fəaliyyət istiqamətləri barədə iştirakçılarla bölüşərək şəxsi inkişaf, liderlik və motivasiya mövzularında fikir mübadiləsi aparıblar. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, layihə regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə həyata keçirilir.
Geri qayıt |