Əsas Səhifə > Rəsmi > Qazaxlı sahibkarlar aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Qazaxlı sahibkarlar aztəminatlı ailələrə bayram sovqatı paylayıb


Bu gün, 13:00

Müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə azad sahibkarlığın inkişafına daim diqqət göstərir, Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü.Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir.

Qazax rayonunda fəaliyyət göstərən “Abu-Life Group” MMC, “Şıxlı Fermer Təsərrüfatı” MMC, “Əsədoğlu” MMC, “Sofulu” MMC də sahibkarlara göstərilən qayğını əldə rəhbər tutaraq ölkə iqtisadiyyatına öz töhfələrini verməkdədir. İstər rayonda işsizliyin aradan qaldırılmasında, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında, istərsə də aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsində sahibkarlar olaraq hər zaman nümunəvi addımları ilə seçilirlər.

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də rayon rəhbərliyinin aztəminatlı ailələrə qayğısını, dəstəyini əldə rəhbər tutan, ölkə başçısının "Biz birlikdə güclüyük!”çağırışına hər zaman dəstək verən sahibkarlar müqəddəs Qurban bayramı ərəfəsində öz ənənələrinə sadiq qalaraq aztəminatlı ailələrə dəstək olublar. Sahibkarlar tərəfindən 288 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.

Onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, sahibkarlara minnətdarlıqlarını bildirən ailələr xeyriyyə kampaniyasını yüksək qiymətləndiriblər. Özündə birliyi, həmrəyliyi, dövlətin dəstəyini əks etdirən nəcib aksiyaya görə razılıq ediblər.


Geri qayıt