Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib
İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilibBu gün, 08:48 |
|
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. May ayı üzrə bu həftə ərzində rayonda fəaliyyət göstərən 12 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 276 nəfər vətəndaş qəbul edilib. Onlardan 145 nəfərin müraciəti müsbət həll olunub, 131 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Cari ilin yanvar-aprel aylarında ümumilikdə 5774 nəfər vətəndaş qəbul edilib. Onlardan 3390 nəfərin müraciəti müsbət həll olunub, 2384 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 7 nəfər vətəndaş müraciəti olub. Onlardan 2 nəfərin xəstəlik, 4 nəfərin iş, 1 nəfərin göndərişlə bağlı müraciətləri dinlənilib. 3 müraciət müsbət həllini tapıb, 4 müraciətə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 135 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 102 nəfərin istəyi müsbət həll edilib, 33 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 108 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 18 nəfərin istəyi müsbət həll edilib, 90 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 4 nəfərin telefonun yenidən bərpa olunması, 2 nəfərin internetin işləməməsi, 1 nəfərin internet çəkilişi, 1 nəfərin internet kəsintisi ilə bağlı istəkləri müsbət həllini tapıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etmiş 3 nəfərin kanalizasiya xəttindəki qəza, 4 nəfərin su xəttindəki qəza barədə istəkləri müsbət həll edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 3 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın yerdəyişmə ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın vəsaitin SMS sayğaca yüklənməməsi, 1 nəfər vətəndaşın kartın oxunmaması, 1 nəfər vətəndaşın kartı sayğacın qəbul etməməsi, 1 nəfər vətəndaşın vəsaitin karta yüklənməməsi, 1 nəfər vətəndaşın kartdakı vəsaitin sayğaca yüklənməməsi, 1 nəfər vətəndaşın limitin yüklənməməsi, 1 nəfər vətəndaşın sayğacın yanmış avtomatının dəyişdirilməsi ilə bağlı müraciətləri müsbət həll olunub. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. Geri qayıt |