Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib
İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib18-04-2026, 10:03 |
|
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir. Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur. Aprel ayı üzrə bu həftə ərzində rayonda fəaliyyət göstərən 12 idarə və müəssisədən 7-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 358 nəfər vətəndaş qəbul edilib. Onlardan 230 nəfərin müraciəti müsbət həll olunub, 128 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Cari ilin yanvar-mart aylarında ümumilikdə 4000 nəfər vətəndaş qəbul edilib. Onlardan 2349 nəfərin müraciəti müsbət həll olunub, 1651 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Rayon Mərkəzi Xəstəxanasınahəftə ərzində 12 nəfər vətəndaş müraciəti olub. Onlardan 7 nəfərin xəstəliklə, 4 nəfərin işlə təmin olunma, 1 nəfərin imtiyazlı dərmlanla bağlı müraciətləri dinlənilib. 8 müraciət müsbət həllini tapıb, 4 müraciətlə bağlı qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 184 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 156 nəfərin istəyi müsbət həll edilib, 28 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 138 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 45 nəfərin istəyi müsbət həll edilib, 93 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. "Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinəhəftə ərzində müraciət etmiş 2 nəfərin telefonun təhvil verilməsi, 1 nəfərin telefonun yenidən bərpa olunması, 3 nəfərin internetin işləməməsi, 1 nəfərin internet kəsintisi ilə bağlı istəkləri müsbət həllini tapıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinəmüraciət etmiş 3 nəfərin kanalizasiya xəttindəki qəza, 4 nəfərin su xəttindəki qəza barədə istəkləri müsbət həll edilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 3 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. Qazax Elektrik Şəbəkəsindəhəftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın karta yüklənmiş vəsaitin sayğaca yüklənməməsi, 1 nəfər vətəndaşın kartdakı bərpa, 1 nəfər vətəndaşın limitin yüklənməməsi, 2 nəfər vətəndaşın ad dəyişmə, 1 nəfər vətəndaşın kartın oxunmaması ilə bağlı müraciətləri müsbət həll olunub. Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. Geri qayıt |