Əsas Səhifə > Rəsmi > Qazaxda “Abu-Life Group” MMC-dən bayram ərəfəsində nümunəvi addım
Qazaxda “Abu-Life Group” MMC-dən bayram ərəfəsində nümunəvi addım1-01-2026, 18:33 |
|
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. 2021-ci ildən Qazax rayonunda fəaliyyət göstərən “Abu-Life Group” MMC də sahibkarlara göstərilən qayğının bariz nümunəsidir. Fəaliyyətə başladığı ilk gündən nəinki Qərb bölgəsində, eləcə də respublikamızda tanınan MMC bu gün 123 nəfərlik kollektivlə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir. İstər rayonda işsizliyin aradan qaldırılmasında, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında, istərsə də aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək göstərilməsində MMC hər zaman nümunəvi addımları, təşəbbüsləri ilə seçilir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də rayon rəhbərliyinin aztəminatlı ailələrə qayğısını, dəstəyini əldə rəhbər tutan, ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına hər zaman dəstək verən “Abu-Life Group” MMC 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində öz ənənəsinə sadiq qalaraq aztəminatlı ailələrə dəstək olub. MMC tərəfindən 250 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb. Onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, “Abu-Life Group” MMC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirən ailələr xeyriyyə kampaniyasını yüksək qiymətləndiriblər. Özündə birliyi, həmrəyliyi, dövlətin dəstəyini əks etdirən nəcib aksiyaya görə razılıq ediblər. Geri qayıt |