Əsas Səhifə > Rəsmi > Qazaxda partiya veteranları ilə görüş keçirilib

Qazaxda partiya veteranları ilə görüş keçirilib


27-11-2025, 19:13

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və rayon təşkilatı aparatının əməkdaşları partiya veteranları ilə onların yaşadıqları ünvanda görüşlər keçirib.

Görüşlərdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və partiya veteranları Yeni Azərbaycan Partiyasının təsis olunması, 33 il ərzində keçdiyi şərəfli yol, həmçinin rayon təşkilatının yaranması və təşkilatlanması barədə fikir mübadiləsi aparıblar. Onlar Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, böyük xilaskarlıq missiyası, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti haqqında ətraflı danışıblar.

Sonda partiya veteranları YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, onlara hədiyyələr təqdim olunub.


Geri qayıt