Əsas Səhifə > Rəsmi > Qazax Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi" xidməti ilə bağlı məlumatlandırma

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən "Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi" xidməti ilə bağlı məlumatlandırma


5-11-2025, 17:36


Qazax Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır.

Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır.

Xidmətlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutulmayıb.

Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services/detailed/8) portalı və ya Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://qazax-ih.gov.az/az/feedback.html). 

Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar, tələb olunan sənədlərin siyahısı  (http://qazax-ih.gov.az/az/reqemsal-icra-hakimiyyeti-portali-vasitesi-ile-gosterilen-elektron-xidmetler.html) yerləşdirilmiş, eyni zamanda, digər elektron informasiya sistemlərinə keçidlər (http://qazax-ih.gov.az/az/elektron-xidmetler.htmlhttp://qazax-ih.gov.az/az/xidmetler.html) göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt  (+9942229) 6-56-70 vasitəsilə də mütəmadi olaraq xidmətlərlə bağlı məlumatlandırmalar həyata keçirilir.

Xidmət üzrə lazım olan sənədlər

1.Azyaşlının doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti
 2.Əmlaka dair sənədlərin surəti
 3.Yaşayış yeri və ailə tərkibi haqqında arayış
 4.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
 5.Ərizə


Geri qayıt