
Qazax Rayon İcra Hakimiyyətinidə (bundan sonra RİH) vətəndaşlara göstərilən müxtəlif xidmətlərlə bağlı müraciətlərə “Vətəndaş müracətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ saylı Qanununa uyğun olaraq müəyyən edilmiş müddətlərdə baxılır. Müraciətlərin baxılmasının prosedur qaydaları yuxarıda qeyd olunan qanuna əsasən “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2015-ci il tarixli 950 saylı Fərmanına uyğun olaraq aparılır. Xidmətlə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununa uyğun olaraq rüsum haqqı nəzərdə tutulmayıb. Vətəndaşlar müxtəlif məzmunlu müraciətlərini RİH-ə gəlmədən Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/services/detailed/3) portalı və ya Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi üzərindən ünvanlaya bilərlər (http://qazax-ih.gov.az/az/feedback.html). Müraciətlərə baxılmasının nəticəsi barədə vətəndaşlara qanunvericilik aktlarının tələblərinə uyğun olaraq poçt vasitəsi ilə rəsmi cavab məktubu və digər zəruri sənədlər göndərilir. Vətəndaşlar RİH-ə gəlməklə də müraciətlərə baxılmasının nəticəsi barədə müvafiq cavab sənədlərinin əldə edə bilərlər. Bundan başqa, zəruri hallarda, vətəndaşın e-mail ünvanlarına bildiriş göndərilməklə, həmçinin, telefon zəngləri vasitəsi ilə müvafiq qaydada məlumatlandırmalar həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində xidmətlərlə bağlı məlumatlar, tələb olunan sənədlərin siyahısı (http://qazax-ih.gov.az/az/reqemsal-icra-hakimiyyeti-portali-vasitesi-ile-gosterilen-elektron-xidmetler.html) yerləşdirilmiş, eyni zamanda, digər elektron informasiya sistemlərinə keçidlər (http://qazax-ih.gov.az/az/elektron-xidmetler.html, http://qazax-ih.gov.az/az/xidmetler.html) göstərilmişdir. Bundan başqa, RİH-in instagram, facebook, twitter sosial şəbəkələri vasitəsilə, RİH-də 24 saat fasiləsiz fəaliyyət göstərən qaynar xətt (+9942229) 6-56-70 vasitəsilə də mütəmadi olaraq xidmətlə bağlı məlumatlandırmalar həyata keçirilir. Xidmət üzrə lazım olan sənədlər 1.Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti 2.Qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri 3.Qəyyumun tərcümeyi-halı 4.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi 5.Qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə) 6.Qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə) 7.Qəyyumluğa götürülən uşağın təhsil alması barədə arayış 8.Qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış 9.Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s. Surətləri) 10.Qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə 11.10 yaşından yuxarı uşağın razılıq ərizəsi 12.Qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar 13.Qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti 14.Qəyyum götürənin şəxsiyyət vəsiqəsinin surəti
Geri qayıt
|