Əsas Səhifə > Rəsmi > İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib

İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətləri dinlənilib


Bu gün, 09:28


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir sahədə hiss olunur. Bunun bariz nümunəsi ölkə Prezidentinin hər zaman çıxışlarında “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrini səsləndirməsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 12 idarə və müəssisədən 6-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 248 nəfər vətəndaş qəbul edilib. Onlardan 151 nəfərin müraciəti müsbət həll olunub, 97 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 13 nəfər vətəndaş müraciəti olub. Onlardan 6 nəfər digər xəstəxanaya göndəriş, 2 nəfər işlə təmin olunma, 2 nəfər sənəd, 2 nəfər xəstəlik, 1 nəfər şikayətlə bağlı müraciət edib. 8 nəfərin istəyi yerində müsbət həll edilib. 5 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 113 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 78 nəfərin istəyi müsbət həll edilib, 35 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 99 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 42 nəfərin istəyi müsbət həll edilib, 57 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 1 nəfərin telefon çəkilişi, 2 nəfərin telefonun təhvil verilməsi, 1 nəfərin telefonun yenidən bərpa olunması, 1 nəfərin internet provayderinin dəyişdirilməsi və telefonun açılması, 1 nəfərin telefonun addan-ada keçirilməsi ilə bağlı istəkləri müsbət həllini tapıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etmiş 3 nəfərin kanalizasiya xəttindəki qəza, 2 nəfərin su xəttindəki qəza, 2 nəfərin suvarma suyu ilə təmin olunma barədə istəkləri müsbət həll edilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 4 nəfər vətəndaşın kartın bərpası, 3 nəfər vətəndaşın kartdakı əməliyyat, 2 nəfər vətəndaşın karta pul yüklənməsi, 1 nəfər vətəndaşın karta yüklənmiş pulun sayğaca yüklənməsi barədə müraciətləri müsbət həll olunub. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.


Geri qayıt