Əsas Səhifə > Qazax respublika mətbuatında > "ASAN xidmət" işimizi asanlaşdırır

"ASAN xidmət" işimizi asanlaşdırır


6-08-2024, 09:50


Respublika mətbuatı Qazax haqqında

Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. 

Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər göstərən "ASAN xidmət" buna əyani sübutdur. Ölkə başçısının söylədiyi kimi, "ASAN xidmət" Azərbaycan məhsuludur və Azərbaycan brendidir. Bəli, qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan bu xidmət növü bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri isə respublikamızın bütün bölgələrini əhatə etməsidir. Belə ki, "ASAN xidmət"in fəaliyyət göstərmədiyi ərazilərdə səyyar qaydada əhaliyə xidmət göstərməsidir.


Hörmətli redaksiya! "ASAN xidmət" Qazax sakinlərinin də işini asanlaşdırır. Belə ki, tez-tez rayona səfər etməklə əhalinin xidmətində dayanır. Elə bu günlərdə rayona gələn səyyar "ASAN xidmət" avtobusu sakinlərə yüksək səviyyədə xidmət göstərdi. 30 gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Ədliyyə Nazirliyinin və sair qurumların nümayəndələri əhaliyə səyyar xidmət göstərərək, onların işini xeyli yüngülləşdirdilər.
Xidmətin işindən mən də yararlandım. Şəxsiyyət vəsiqəmin vaxtı keçmişdi. Təsərrüfat işləri ilə əlaqədar vaxt tapıb, onu dəyişdirə  bilmirdim. Eşidəndə ki, səyyar "ASAN xidmət" rayonumuza gəlib, gedib onun xidmətindən istifadə etdim.
Hörmətli redaksiya! Bizə bu şəraiti yaradan ölkə başçısına minnətdarlığımızı bildirirəm.

Vəkil MƏMMƏDOV,

Qazax rayonunun sakini,

“Azərbaycan” qəzeti, səhifə 13

6 avqust 2024-cü il



Geri qayıt