Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda barama tədarükünə başlanılıb
Qazaxda barama tədarükünə başlanılıb6-06-2024, 09:43 |
Respublika mətbuatı Qazax haqqında Son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılıq xeyli inkişaf etmişdir. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısının 27 noyabr 2017-ci il tarixli sərəncamı bu inkişafda mühüm rol oynamışdır. Qazaxda da baramaçılıq sahəsində dönüş yaranmış, yeni tut bağları salınmaqla sahənin inkişafında əsas hesab edilən yem problemi həll olunmuşdur. Artıq 9-cu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2400 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 60 qutu ipəkqurdu toxumu təhvil verilib. Bu günlər rayon kümçüləri barama tədarükünə başlamışlar. Qısa vaxt ərzində "Azəripək" MMC-yə 60 kiloqram barama təhvil verilmişdir. Sabir ƏLİYEV, 6 iyun 2024-cü il https://azerbaijan-news.az/az/posts/detail/qazaxda-barama-tedarukune-baslanilib-1717630283 Geri qayıt |