Əsas Səhifə > Qazax respublika mətbuatında > Səyyar görüşdə qaldırdığım məsələ həll olundu

Səyyar görüşdə qaldırdığım məsələ həll olundu


2-03-2023, 09:52

Respublika mətbuatı Qazax haqqında


Rayonumuzda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Qaldırılan problemlərə göstərilən diqqət və həssaslıqla yanaşılması biz sakinlərin ürəyincədir. 

Yaşadığım Alpout kəndində rayon rəhbərliyinin bizimlə keçirdiyi səyyar görüşdə kənd tam orta məktəbinin qarşısında avtobus dayanacağının qoyulması ilə bağlı müraciət etdim. Çox keçmədi ki, problem həllini tapdı. Sözügedən ərazidə müasir avtobus dayanacağı qoyuldu. İndi kənd sakinləri çox rahatlıqla həmin dayanacaqdan istifadə edirlər.

Əhəd VƏLİYEV,

Qazax rayonunun Alpout kəndi

2 mart 2023-cü il, səhifə 11

https://www.azerbaijan-news.az/az/posts/detail/seyyar-gorusde-qaldirdigim-mesele-hell-olundu-1677706637


Geri qayıt