Əsas Səhifə > Qazax respublika mətbuatında > Səyyar "ASAN xidmət"dən razıyıq

Səyyar "ASAN xidmət"dən razıyıq


27-11-2022, 13:29


Bu gün heç kəsə sirr deyil ki, ölkəmizdə vətəndaş məmnunluğu amili bütün sahələrdə ön plana çəkilir. Keyfiyyətli və şəffaflıq prinsipləri əsasında əhaliyə müxtəlif xidmətlər təqdim edən "ASAN xidmət" bunun əyani sübutudur. 

Qısa müddətdə ölkə əhalisinin böyük inam və rəğbətini qazanan "ASAN xidmət" bu gün nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda kifayət qədər tanınır. Xidmətin başlıca prinsiplərindən biri də ölkəmizin bütün bölgələrini əhatə etməsi, fəaliyyət göstərmədiyi ünvanlarda isə səyyar xidmət göstərməsidir. 

Gəncədə fəaliyyət göstərən "ASAN xidmət"in əməkdaşları da tez-tez Qazax rayonunda olur, hər gəlişində bir aya yaxın qalaraq vətəndaşlara yüksək səviyyədə xidmət göstərirlər. Bütün texnika ilə təchiz olunmuş "ASAN xidmət" avtobusunda vətəndaşlar müxtəlif xidmətlərdən yararlanırlar. Mənim özüm də  müddəti başa çatmış şəxsiyyət vəsiqəmi səyyar xidmət zamanı almışam. Bu rahatlığa görə "ASAN xidmət"in bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm.  

Dilman İBRAHİMOV,
Qazax rayon sakini 

“Azərbaycan” qəzeti, səhifə 10,

27 noyabr 2022-ci il

https://www.azerbaijan-news.az/az/posts/detail/seyyar-asan-xidmetden-raziyiq-1669498660



Geri qayıt