Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxın sərhəd kəndində yeni məktəb binası tikilir

Qazaxın sərhəd kəndində yeni məktəb binası tikilir


30-08-2020, 13:50

Respublika mətbuatı Qazax haqqında


Son illər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı, bu qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da uğurla gerçəkləşir.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarını2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrdə təhsil sahəsinə olan dövlət qayğısının daha bir bariz nümunəsidir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəbi üçün yeni binanın inşa olunması, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagirdlik Kosalar kənd tam orta məktəbinin əsaslı şəkildə yenidən qurulması, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri, daha sonra yenidən tikilməsi ilə bağlı imzalanmış sərəncam bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.


Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir ki, Təhsil Nazirliyi tərəfindən bu təhsil ocağı üçün 180 şagird yerlik yeni bina inşa olunur. Bu ilin yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır. Məktəb binası zirzəmisi olmaq şərti ilə 3 mərtəbədən ibarətdir. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa edilir.

Birinci mərtəbədə hazırlıq qrupu üçün bir, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. İkinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 sinif otağı olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.

Məktəbin müəllimagird kollektivi, eləcə də valideynlər düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndində yeni məktəb binasının tikilməsini razılıq hissi ilə qarşılayırlar. Təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Sabir ƏLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

30 avqust 2020-ci il



Geri qayıt