Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazax RİH və “PAŞA Holding” MMC-nin birgə sosial aksiyası
Qazax RİH və “PAŞA Holding” MMC-nin birgə sosial aksiyası3-05-2020, 13:34 |
Respublika mətbuatı Qazax haqqında
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir. Ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. Karantin rejimi müddətində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti olaraq dayandırmasını nəzərə alaraq "PAŞA Holding" MMC Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! layihəsinə qoşulub. Qazax
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax şəhərində sosial aksiya
həyata keçirib. Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, Heydər Əliyev Fonduna və "PAŞA Holding” MMC-yə təşəkkürlərini çatdırıblar. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 03 may 2020-ci il
Geri qayıt |