Əsas Səhifə > Qazax respublika mətbuatında > Su problemimiz həll edildi
Su problemimiz həll edildiBu gün, 14:29 |
|
Respublika mətbuatı Qazax haqqında
Bizim Orta Salahlı kəndinin aşağı hissəsində 49 ailənin yaşadığı ərazidə suvarma və içməli su ilə bağlı problem yaranmışdı. Rayon icra hakimiyyətinə müraciət etdik. Müraciətdən sonra rayon rəhbərliyi aidiyyəti təşkilatlara tapşırıq verdi. Qısa vaxt ərzində qaldırdığımız məsələ öz müsbət həllini tapdı. Problem icra aparatının və aidiyyəti qurumların məsul əməkdaşlarının iştirakı ilə yerində araşdırıldı və müsbət həll olunması üçün tapşırıqlar verildi. Uzunluğu 950 metr olan 3 məhəllədaxili su arxı təmizləndi və məhəllələrə gələn içməli su xətləri təmir olundu. Bundan başqa, subartezian quyusuna yeni su çəni qoyuldu və beləliklə, içməli su problemimiz həll edildi. Hörmətli redaksiya! Kənd sakinlərinin müraciətinə diqqətlə yanaşan aidiyyəti qurumların əməkdaşlarına sakinlər adından minnətdarlığımı bildirirəm. Ruslan TAĞIYEV, Qazax rayonunun Orta Salahlı kənd sakini, “Azərbaycan” qəzeti, səhifə 11, 2 sentyabr 2026-cı il https://www.azerbaijan-news.az/az/posts/detail/su-problemimiz-hell-edildi-1788301008/400491
Geri qayıt |