Əsas Səhifə > Mədəniyyət > Qazax Dövlət Rəsm Qalereyasında “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda sərgi təşkil edilib
Qazax Dövlət Rəsm Qalereyasında “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda sərgi təşkil edilibDünən, 21:44 |
Fevralın 28-də 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsi ilə bağlı tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq Qazax Dövlət Rəsm Qalereyasında sərgi təşkil edilib. Qalereyada “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda təşkil edilmiş sərgidə dərnək üzvlərinin rəsm işləri nümayiş etdirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti Allahverdi Abdullayev, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nəsimi Nəsibov, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Əvvəlcə sərgiyə baxış keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən söz açaraq bu günün vacibliyini bir daha vurğulayıb. A.Hümbətov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərmiş, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalmışdır. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolu vardır. Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə, o cümlədən rayonumuzda mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsi baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması əlverişli üsul hesab olunur, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitə vasitələrinin böyük rolu vardır. Ötən dövr ərzində Respublika Prezidenti İlham Əliyevin bu sahədə verdiyi Sərəncamlar nəticəsində əhalinin və ərazinin təhlükəsizliyi sahəsində böyük işlər görülmüşdür. Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı mövzu ətrafında çıxış ediblər. Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə olunduğunu bildiriblər. Çıxışlarda ölkəmizdə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb.
Geri qayıt |