Əsas Səhifə > Mədəniyyət > Görkəmli şair Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Görkəmli şair Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək


28-09-2016, 14:03
Görkəmli şair Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

AZƏRTAC-ın verdiyi məlumata görə yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə unudulmaz şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan poeziya tarixindəki xidmətlərindən söz açılacaq, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılacaq.
Həmçinin, tədbir çərçivəsində xalq şairinin vətənpərvərlik mövzusunda yazdığı şeirləri və bir çox şeirlərinə bəstələnmiş musiqilər təqdim olunacaq.

Geri qayıt