Əsas Səhifə > Mədəniyyət > Ulu Öndər Heydər Əliyev bu gün də xalqın mənəvi dayağı, gücü və inam mənbəyidir
Ulu Öndər Heydər Əliyev bu gün də xalqın mənəvi dayağı, gücü və inam mənbəyidir12-12-2024, 18:49 |
Tarixi şəxsiyyətlər əsillərin və nəsillərin yaddaşında əbədi yaşayır. Zaman keçdikcə onlar öz əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar. XX əsrdə Tanrının bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətlərdən biri də Ümummilli Lider Heydər Əliyevdir. O, haqlı olaraq dünya siyasətinə təsir göstərməyə qadir olan siyasi xadim adlandırılır. Heydər Əliyev siyasəti dövlətimizin gələcək yüksəlişinin ən etibatlı təminatçısıdır. Dahi lider hər birimizin qəlbində yandırdığı əbədi məşəl, bir mayaka çevrilib. Bizi Azərbaycan dövlətinin tərəqqisi naminə yeni-yeni zəfərlərə ruhlandırır. Ulu Öndər Heydər Əliyev bu gün xalqın mənəvi dayağı, gücü və inam mənbəyidir. Dekabrın 12-də Qazax Rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin, Qazax Rayon Məhkəməsinin, Qazax Rayon İcra və Probasiya Şöbəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının, Qazax rayon Mədəniyyət müəssisələrinin, 10 nömrəli Avtomobil Yol Yaşıllaşdırma İdarəsinin, “28 nömrəli Yol İstismarı” MMC-nin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qazax filialının rəhbər və əməkdaşları, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər 1 nömrəli Körpələr evi-uşaq bağçasının, Qazax rayon Qazaxbəyli kənd Körpələr evi-uşaq bağçasının müəllim və körpələri Ulu Öndər Heydər Əliyevin anım günündə dahi şəxsiyyətin xatirəsini ehtiramla anaraq adını daşıyan Mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, film və “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi nümayiş etdirilib.
Geri qayıt |