Əsas Səhifə > Mədəniyyət > Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində “Əsrlərin və nəsillərin yaddaşında əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində “Əsrlərin və nəsillərin yaddaşında əbədiyaşar şəxsiyyət” adlı tədbir keçirilib


9-12-2024, 20:08


Dekabrın 9-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əsrlərin və nəsillərin yaddaşında əbədiyaşar şəxsiyyət” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, dərnək üzvləri və Mərkəzin əməkdaşları iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dahi şəxsiyyətə həsr olunmuş film nümayiş olunub.  


Tədbiri giriş sozü ilə Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq bildirib ki, Heydər Əliyev ən yeni tariximizin yaradıcısıdır. Onun dövründə yaradılmış zəngin dövlətçilik irsindən xalqımızın hələ neçə-neçə nəsilləri bəhrələnəcək. Nadir dövlətçilik təcrübəsi və fitri istedadı, iti zəkası hesabına yeni Azərbaycanı, bugünkü həyatımızın mövcud gerçəkliklərini yaradan, onu gələcəyə apararaq streteji istiqamətləri müəyyənləşdirən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə xalqımız tərəfindən verilən qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq bu günə kimi davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Həyatının mənasını xalqına xidmətdə görən dahi liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövlətimizin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Çox ağır və mürəkkəb şəraitdə öz missiyasının öhdəsindən məharətlə gəldi, Azərbaycan dövlətçiliyinin qorunub- saxlanması, müstəqilliyə nail olunması, müstəqilliyin əbədi, dönməz və sarsılmaz olması istiqamətində heç kimin apara bilmədiyi mübarizəni apararaq xalqımız üçün nəhəng irs, ölməz ideyalar qoyub getdi.   


Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi Vüsalə Nəsibova çıxış edərək bildirib ki, xalqımızın dahi oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq üçün, el üçün, Vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərdi və nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. Heydər Əliyevin ideyaları, amalları tarix durduqca yaşayacaq, Onun mənəvi siyasi irsi zəngin və tükənməz bir xəzinə kimi yaddaşlarda yaşayacaq. Çünki bu irs hər şeydən əvvəl Vətəni, milləti sevmək dərsidir. Xalqı üçün çalışmaq, Azərbaycançılıq ideyaları ilə yaşamaq deməkdir. Heydər Əliyev dühası, Heydər Əliyev şəxsiyyəti gələcək nəsillər üçün ən böyük müdriklik, mübarizə məktəbidir. 


Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini Afaq Həsənova çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olmuş tarixi şəxsiyyətdir. Onun fəaliyyəti, milli dövlətçilik ənənələrimizin formalaşmasının ən mühüm mərhələsidir. Hakimiyyətdə olduğu hər iki dövrdə yalnız öz xalqının mənafeyi uğrunda çalışan Heydər Əliyev hər zaman bütün proseslərdə real güc kimi özünü təsdiq etmişdir. Dünya siyasətində özünün xüsusi çəkisi ilə seçilən Ümummilli Lider Heydər Əliyev hər bir azərbaycanlı üçün əbədiyaşardır. 

Tədbir UGİM-nin dərnək üzvlərinin çıxışları ilə davam edib. Dərnək rəhbərləri Gövhər Mustafayeva, Rəfiqə İsmayılova, Xədicə Kazımova və Pərvanə Hətəmovanın rəhbərlik etdiyi dərnəklərin şagirdləri Fatimə Hüseynli, Sevil İsmayılova, Əsmanur İsmayılova, Fatimə Nəbili, Ayan Qurbanova, Zəhra Nəbili, Səma Yusifova, Güllər Pənahlı, Aliyə Pənahlı, Sevda Əsgərova, Səbinə Əsgərova, Gülay Bağırova, Mədinə Əfəndiyeva, Dəniz Daşdəmirli, Fəridə Kazımlı, Antonina Cəfərova, Ayan Mahmudova, Aysun Pəlilova, Ləman Pəlilova, Rima Əfəndili, Aylin Abdullayeva, Şəhrabanu Mustafayeva, Yağmur Nəsibli, Səbinə Quluzadə, Alsu Əliyeva, Lalə Əliyeva, Aysu İsmayılova, Yağmur Hacalıyeva Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər. 

44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış Timur Əliyevin övladı Alsu Əliyeva Ulu Öndərə həsr edilmiş şeirini söyləməklə tədbir sona çatdırılıb. 


Geri qayıt