Əsas Səhifə > Mədəniyyət > Hələ sağlığında canlı əfsanəyə çevrilən Ulu Öndər Heydər Əliyev ürəklərdə özünə əzəmətli bir abidə ucaldıb

Hələ sağlığında canlı əfsanəyə çevrilən Ulu Öndər Heydər Əliyev ürəklərdə özünə əzəmətli bir abidə ucaldıb


9-12-2024, 19:07


Dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti böyük bir məktəbdir. “Xalq mənim dayağım, gücüm və inamımdır”, - deyən Heydər Əliyev bu gün xalqın mənəvi dayağı, gücü və inam mənbəyidir. Onun kimi dahi liderin fiziki yoxluğu heç vaxt onun ideya varlığının əhəmiyyətini azalda bilmədi. Müəllifi Heydər Əliyev olan dövlət strukturu və siyasi sistem Azərbaycanın dinamik inkişafının əsası oldu. Heydər Əliyev siyasi kursunun davamçıları üçün qüdrətli bir silaha çevrildi. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev ürəklərdə özünə əzəmətli bir abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaq. Heydər Əliyev haqlı olaraq dünya siyasətinə təsir göstərməyə qadir olan siyasi xadim adlandırılır. Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi bu tarixi şəxsiyyətin adı ilə bağlıdır. Harada yaşamasından, hansı vəzifədə işləməsindən asılı olmayaraq Heydər Əliyev üçün Azərbaycanın mənafeyindən kənarda heç nə mövcud deyildi. O, Vətənini canından artıq sevirdi. Heydər Əliyevin Vətən məhəbbəti bu mənada hər birimiz üçün örnəkdir. 

Dekabrın 9-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Kənd Qida İş Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin həmkarları, Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin Xatirə Muzeyinin, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbər və əməkdaşları, Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin, Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin, Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin, Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin direktor, müəllim və şagirdləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktor, müəllim və tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətin xatirəsini ehtiramla anaraq Mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, film və “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi nümayiş etdirilib. 


Geri qayıt