Əsas Səhifə > Mədəniyyət > Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri ilə həm müstəqil Azərbaycanımızı, həm də özünü bəşər tarixində əbədiləşdirdi
Ulu Öndər Heydər Əliyev misilsiz xidmətləri ilə həm müstəqil Azərbaycanımızı, həm də özünü bəşər tarixində əbədiləşdirdi6-12-2024, 18:09 |
Vətənə misilsiz xidmətləri ilə milli birliyimizin, mənlik şüurumuzun ən böyük himayədarı və qoruyucusu olan Ulu Öndər Heydər Əliyev siyasətçidən, dövlət başçısından daha öncə öz xalqına, Vətəninə, torpağına sözün əsl mənasında xidmət edən Həmişəyaşar vətəndaş oldu. Bununla həm müstəqil Azərbaycanımızı, həm də özünü bəşər tarixində əbədiləşdirdi. Ən böyük mükafat kimi isə insanların tükənməz məhəbbətini qazandı. Öz qüdrətli dühası ilə qaranlığa işıq saldı, həlledici anda və zamanda xalqına xidmət etməklə əsl qəhrəmanlıq nümayiş etdirib tarixin səhifələrinə öz möhürünü vurdu. Tarix və zaman sübut etdi ki, yalnız Heydər Əliyev qətiyyəti, Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi yaradıb möhkəmləndirmək qüdrətinə malikdir. Dahi şəxsiyyətin yenilməzliyi isə onda idi ki, O, ömrü boyu xalqa arxalanmış, həyatının mənasını xalqa xidmətdə görmüşdü. O, Azərbaycanın istiqlal məşəli kimi dövlətimizin gələcəyinə, inkişafına, dövlət quruculuğu, ərazi bütövlüyümüzün təmin olunması yoluna əbədi sönməyən bir işıq oldu. Heydər Əliyev qiymətli, mənalı və nəsillərə örnək ola biləcək bir ömür yaşadı. O, beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli milli lider kimi taleyinə yazılmış xilaskarlıq missiyasının öhdəsindən alnıaçıq, üzüağ çıxdı. Çünki onu Tanrı seçmişdi, xalqımızı xilas etmək üçün, böyük və güclü Azərbaycanı qurmaq üçün. Tarix və xalqımız da onu dünya durduqca yaşadacaq. Dekabrın 6-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatorunun rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin, Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin, Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin, Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin, Qazax rayon Səlamət Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətin xatirəsini ehtiramla anaraq Mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, film və “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi nümayiş etdirilib.
Geri qayıt |