Əsas Səhifə > Mədəniyyət > Ulu Öndər Heydər Əliyev Azərbaycan adlı şah əsəri ilə yaddaşlarda əbədiləşib

Ulu Öndər Heydər Əliyev Azərbaycan adlı şah əsəri ilə yaddaşlarda əbədiləşib


5-12-2024, 23:00


Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi şəxsiyyətlər içərisində Heydər Əliyev müstəsna yer tutur. Heydər Əliyev təkcə Azərbaycan xalqının Ümummilli Lideri deyil, O, böyük türk dünyasının ən layiqli və ən dahi şəxsiyyətlərindən, müasir dövrün ən nəhəng strateqlərindən biridir. Müstəqil Azərbaycan bu gün dünyada tanınır, seçilən ölkələr sırasında özünəməxsus çəkiyə malik bir dövlətdir, dünyanın mötəbər tədbirlərinə ev sahibliyi edir, beynəlxalq təşəbbüslərdə, iclaslarda, forumlarda, nüfuzlu qurumlarda öz sözünü deyir, qlobal məsələlərə münasibətini bildirir. Məhz Heydər Əliyevin zəngin idarəçilik bacarığı, dərin təfəkkürü, iti analitik duyumu sayəsində Azərbaycan bu gün suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyası respublikamızın XXI əsrdə yeni keyfiyyət artımını təmin etdi. Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti milli dövlətçilik ənənələrimizin formalaşdırılmasının ən mühüm mərhələsi kimi dəyərləndirilir. Hakimiyyətdə olduğu illərdə Ulu Öndər yalnız öz xalqının tarixi mənafeləri uğrunda mübarizə aparmış, bütün ictimai-siyasi proseslərdə real güc kimi özünü göstərmişdir. Dahi şəxsiyyət kimi hakimiyyətdə olmadığı qısa vaxt ərzində belə, ictimai rəyə təsir imkanlarını qoruyub-saxlamış, cəmiyyətin tərəddüdsüz etimad göstərdiyi yeganə siyasi qüvvə olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərimiz Azərbaycan adlı bu şah əsəri ilə yaddaşlarda əbədiləşib. Onun bu yolda apardığı mübarizənin, işinin və əməllərinin əzəməti ölçüyəgəlməzdir. Bu gün Ümummilli Liderimiz cismən aramızda olmasa da, Onun hər birimizin qəlbində alovlandırdığı məşəl bir mayaka çevrilərək bələdçimizə dönüb, bizi Azərbaycanın, dövlətimizin və dövlətçiliyimizin tərəqqisi naminə yeni-yeni zəfərlərə ruhlandırır. Heydər Əliyev Azərbaycanın dünəni, bu günü və sabahı üçün əvəzsiz, müqayisə olunmayan bir şəxsiyyətdir. Müasir Azərbaycan tarixinin yaradıcısı kimi bu dahi şəxsiyyət Azərbaycanla daim qoşa yaşayacaqdır! 

Dekabrın 5-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Qazax Dövlət Dram Teatrın rəhbər və əməkdaşları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai birliyinin Qazax rayon filialının, Azərbaycan Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qazax rayon şöbəsinin rəhbər və üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.


Geri qayıt