Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Xalqımızın milli simvolu - Novruz bayramı” başlıqlı bayram şənliyi təşkil edilib
Qazax Rayon Heydər Əliyev Mərkəzində “Xalqımızın milli simvolu - Novruz bayramı” başlıqlı bayram şənliyi təşkil edilib18-03-2024, 15:44 |
Martın 18-də Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə “Xalqımızın milli simvolu - Novruz bayramı” başlıqlı bayram şənliyi təşkil edilib. Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin sinif müəllimi Aynur Mahmudova, 1-ci sinif şagirdləri və Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbiri Mərkəzin direktoru Ceyhunə Hüseynova açaraq uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara hər zaman bayram əhval-ruhiyyəsi arzulayıb. C.Hüseynova bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu olub. Milli təfəkkürümüzün təcəssümü olan bu bayramı Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev qaytarıb. Xalqımız öz adətlərini, milli dəyərlərini, Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlayıb. Heydər Əliyev bu əziz bayramda xalqın arasında olmaqdan sonsuz qürur hissi duyur, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edirdi. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də xalqımızın zəngin və qədim adət-ənənələrinə, milli mənəvi dəyərlərimizə həssaslıqla yanaşır, milli birliyimizin rəmzinə çevrilmiş Novruz şənliklərində iştirak edir. Sonra şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər.
Geri qayıt |