Əsas Səhifə > Mədəniyyət > “Səyyar kitabxana” layihəsi davam edir

“Səyyar kitabxana” layihəsi davam edir


15-09-2016, 16:39
“Səyyar kitabxana” layihəsi davam edir
Rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatcılığı ilə Qazaxbəyli kənd kitabxana filialı məcburi köçkünlər üçün Qazaxbəyli kəndinin ərazisində yeni salınmış qəsəbədə “Səyyar kitabxana” xidməti təşkil etmişdir.

Kitabxana filialının müdiri Sevinc Alməmmədova tədbiri giriş sözü ilə açaraq məcburi köçkünləri təbrik etmiş və onlara yaradılan bu qayğıya görə Respublika Prezidenti İlham Əliyevə sakinlər adından təşəkkürünü bildirmişdir.

Yeni qəsəbə şəhər–istismar idarəsinin rəisi Novruz Hüseynov, əmək veteranı Mamoy Nəbiyev, kənd tibb məntəqəsinin baş həkimi Zülfiyyə Budaqova, klubun mədəni təşkilatçısı Təranə Yusifova, Daş Salahlı kənd kitabxanasının multimedia resursları üzrə mütəxəssisi Hicranə Məmmədova çıxışlarında qəsəbə sakinlərini yeni mənzillərə köçməsi və yeni tədris ilinin başlanması münasibətilə təbrik etmişlər.

Fəal oxucular isə müxtəlif mövzulara aid şeirlər söyləmişlər. Qəsəbə sakinləri, oxucular kitab və jurnallardan təşkil edilmiş sərgiyə baxış keçirmişlər.




Geri qayıt