Əsas Səhifə > Mədəniyyət > 15 Sentyabr - Bilik Günündə “Heydər Əliyev və Azərbaycan təhsilinin intibahı” mövzusunda dərs keçirilib
15 Sentyabr - Bilik Günündə “Heydər Əliyev və Azərbaycan təhsilinin intibahı” mövzusunda dərs keçirilib15-09-2023, 20:27 |
Sentyabrın 15-də - Bilik Günündə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində və Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbdə “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” silsiləsindən “Heydər Əliyev və Azərbaycan təhsilinin intibahı” mövzusunda dərs keçirilib. Dərslərdə məktəbin direktoru Ramin Həsənov, müəllimlər Şəfiqə Əliyeva, Türkan Rəhimova, şagirdlər və Mərkəzin əməkdaşları iştirak ediblər. Məktəbin direktoru Ramin Həsənov şagirdləri ilk dərs günü münasibətilə təbrik edib, təhsillərində uğurlar arzulayıb. Sonra Mərkəzin direktru Ceyhunə Hüseynova Azərbaycanda təhsil sisteminin dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin mərhələlərinə təsadüf edən uğurlarından, intibahından danışıb. Bildirib ki, tarixi reallıqdır ki, Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, inkişafı dünya standartları səviyyəsinə çatdırılması, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin yeni tədris vasitələri ilə təchizi, pulsuz tədris ləvazimatları ilə təmin edilməsi Heydər Əliyevin təhsilə göstərdiyi diqqətin, qayğının sayəsində olmuşdur. Ötən əsrin 70-80-ci illərində xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə ilk addımlar atılmağa başlamış, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi üç dəfə genişləndirilərək 765-dən 2117-ə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Müstəqillik illərində də məhz Ulu Öndərin təşəbbüsü ilə elm və təhsilin inkişafı diqqətdən kənarda qalmamış, o cümlədən elm, təhsil problemlərinə kompleks şəkildə yanaşılmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilmiş, mühüm tarixi fərman və sərəncamlar imzalanmışdır. Şərəfli həyat və fəaliyyəti ilə Heydər Əliyev tarixi min illərlə hesablanan dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün Ulu Öndər irsinin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə gələcəyə ölçülüb-biçilmiş siyasət uğurla davam etdirilir. Azərbaycan təhsilinin inkişafında dünya miqyasında tanınmasında Ümummilli Lider Heydər Əliyevin mütərəqqi ənənələrinə əsaslanan və bu ənənələrə böyük sədaqət nümayiş etdirən Heydər Əliyev Fondunun, həmçinin, Fondun Prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fəaliyyəti dövründə “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək layihəsi”, “Məktəbəqədər təhsil müəssisələrin inkişafı” proqramı və təhsil sahəsində ardıcıl olaraq digər irimiqyaslı layihələr həyata keçirməsi Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının nümunəsidir.
Geri qayıt |