Əsas Səhifə > Mədəniyyət > Qazaxda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib

Qazaxda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib


14-07-2023, 17:19


İyulun 14-də “Heydər Əliyev İli“ çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, gənclər iştirak edib. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva bildirib ki, 1969-cu ilin 14 iyul tarixi müasir Azərbaycan xalqının taleyində dönüş günü olub. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında böyük dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb. SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu  bir diyara çevrilib. Həmin vaxt yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarına çevrilib. G.Quluyeva “Heydər Əliyev İli“ çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş 120-yə yaxın tədbir keçirildiyini, bugünkü tədbirin də həmin silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova geniş məruzə ilə çıxış edərək həmin dövrün xronologiyasını tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırıb. C.Hüseynova bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan xalqının qarşısında bir sıra problemlər dururdu. Həllini gözləyən ciddi problemlər-milli vəhdət, hakimiyyət daxili çəkişmələr, millətin mənafeyi, savadsızlığın aradan qaldırılması, tarixi irsi məhv olmaqdan qorumaq, milli, mənəvi, dini dəyərlərin qorunması, ana dilini qorumaq, sovet ordusu sıralarında Azərbaycana pis münasibət bəslənməsinə, erməni dairələrinin əsassız ərazi iddialarına, düşmənçilik siyasətinə son qoymaq, Azərbaycan xalqının beynəlxalq aləmdə tanınması, az tanınması və ya pis tanınması, Cənubi Azərbaycan məsələsi və bir sıra ciddi problemlər hansı ki, onların həlli əslində geniş mənada milli mənəvi sahədə müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması xalqı bu gələcək möhtəşəm tarixi hadisəyə hazırlamaq məqsədini güdürdü. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi Mətanət Kərimova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu 1969-cu ilin 14 iyul günü  yeni dövrün,  Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində Ulu Öndər elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Bu dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Əsası qoyulan təhsil ənənələri sırasında respublikada zəruri ixtisaslara yiyələnmələri üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərində 15 mindən artıq azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.


Qazax Dövlət Sosial-İqtisadi Kollecin ədəbiyyat müəllimi Esmira Şıxməmmədova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə  respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublikamız keçmiş ittifaq miqyasında ön sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Dahi şəxsiyyət öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Vəliyeva çıxış edərək bildirib ki, 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Bu tarix xalqımızın taleyində çox böyük əhəmiyyəti ilə önəmli yer tutur, Azərbaycanın, dövlətin və dövlətçiliyin, xalqın özünəqayıdışının və milli məfkurənin yüksəlişinin başlanğıcıdır. Bütün bu xidmətləri ilə Heydər Əliyev müstəqilliyimizin təməl daşını qoydu və bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında öz sözünü deməkdədir.


Geri qayıt