Əsas Səhifə > Mədəniyyət > Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinə ilk tarixi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib” adlı tədbir keçirilib
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinə ilk tarixi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib” adlı tədbir keçirilib25-05-2023, 19:57 |
Mayın 25-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinə ilk tarixi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib” adlı tədbir keçirilib. Tədbir Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəni əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumat verib. Bildirib ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. C.Hüseynova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Ulu Öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Öz müstəqilliyini elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpasını reallaşdırdı və müstəqilliyini əbədiləşdirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etdi və bununla da, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Sonra Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin təşkilatçısı Söylü Pirməmmədova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, milli müstəqilliyimizin yenidən bərpası dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bəşəriyyət tarixində xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib. Cənubi Qafqazda sabitlik təmin olunub. Sonda məktəbin şagirdləri Səadət Pirməmmədova, Nərmin Abdullayeva, Aydan Qurbanova, Gülşən Hacıyeva, Fidan Qurbanlı, Fidan Əmrahova, Sənan Abdullayev, Şəms Bayramlı, İsmayıl İsmayılov, Nihat Eyyubov, Məmməd Abdulkərimov, Mələk Əhmədova, Rəna Mancanova, Çiçək Xəlilova, Mətanət Güliyeva, Aylin Abdullayeva, Fəridə Kazımova Vətənə, mustəqilliyə aid şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Geri qayıt |