Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərginin nümayişinə başlanılıb

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərginin nümayişinə başlanılıb


24-05-2023, 16:12


22 may tarixindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərginin nümayişinə başlanılıb. 

XX əsr müstəqil Azərbaycanın inkişafı və tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, onun müstəsna xidmətlərinin nəticəsidir. Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində həm dövlət başçısı, həm də vətənpərvər insan kimi Azərbaycançılıq ideologiyasinin bərqərar olması yolunda, Azərbaycanda milli-mənəvi dəyərlərin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın qorunması, təbliği üçün xüsusi qayğısını, diqqətini əsirgəməmiş və bütün bu sahələrdə yeni dövrün başlanğıcının əsasını qoymuşdur. Çünki dahi şəxsiyyət bilirdi ki, güclü dövlət, sağlam cəmiyyət quruculuğuna nail olmaq üçün qədim mədəniyyəti, köklü mənəvi dəyərləri təbliğ etmək əsasdır. Hər zaman mədəniyyəti xalqın böyük sərvəti hesab etdiyindən bu sahənin inkişafını hələ Sovet ideologiyasının hökm sürdüyü dövrlərdə gərgin mübarizə şəraitində diqqətdən kənarda saxlamır, həmişə mədəniyyətin böyük banisi kimi fəaliyyətinin əsas istiqamətini mədəniyyətin inkişafına yönəldirdi. 1993-cü ildə ölkə təhlükə ilə üz-üzə qalanda xalqın çağırışına səs verdi. Naxçıvandan Azərbaycana qayıtdı. Dövlətçilik, müstəqilliklə bərabər tənəzzülə məhkum olan mədəniyyətimiz də öz qurtuluşuna qovuşdu. Siyasi uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycan xalqının milli mədəniyyətinin, onun tarixi qaynaqlarının, tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün çox böyük işlərə başladı. 

Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı, dünyada tanıdılması, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz xidmətlərinin təbliği məqsədilə təşkil olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərgi muzeyə gələn ziyarətçilər tərəfindən maraqla qarşılanır. Dahi şəxsiyyətin ölkəmizə istər Sovet dövründə, istərsə də müstəqillik dövründə mədniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə göstərdiyi diqqət və qayğı tarixi xronologiya ilə ziyarətçilərə çatdırılır və hər bir şəkil haqqında məlumatlar verilir. 


Geri qayıt