Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirilib

Qazaxda “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirilib


18-05-2023, 21:23


Mayın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində 18 May – Beynəlxalq Muzeylər Günündə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirib.

Rayon təşkilatı aparatının işçiləri və fəalları Qazax Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş müqəddəs şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələrinə baxıblar. 

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və milli-mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. A.Nəbiyev Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasətin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və xoş arzularını bildirib.


Geri qayıt