Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Tarixi abidələrimizin qorunmasında, inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri” adlı tədbir keçirilib
Qazaxda “Tarixi abidələrimizin qorunmasında, inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri” adlı tədbir keçirilib18-04-2023, 19:46 |
Aprelin18-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu Tarix və Mədəniyyət abidələri üzrə abidə mühafizəçilərinin birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Tarixi abidələrimizin qorunmasında, inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu Tarix və Mədəniyyət abidələri üzrə abidə mühafizəçiləri, Qazax Dövlət Sosial–İqtisadi Kollecin tələbələri və Mərkəzin əməkdaşları iştirak edib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbir iştirakçılarını salamlayıb, mədəni irsimizin, tarixi abidələrimizin qorunmasında Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. C.Hüseynova qeyd edib ki, ölkəmizdə yerləşən maddi-mənəvi, tarixi-memarlıq və arxeoloji abidələrin qorunub saxlanması, bərpası, təbliği və dünyada tanıdılması, gələcək nəsillərə çatdırılması hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub və bu istiqamətdə misilsiz işlər görüb. Məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bir çox tarixi, maddi-mənəvi irsimiz unudulmaqdan, məhv olmaq təhlükəsindən qurtulub, dövlət səviyyəsində nəzarətə götürülüb və bərpa edilərək qorunub, təbliğ edilib, gələcək nəsillərə çatdırılıb. İçərişəhər, Qarabağda Azıx mağarası, Qobustan, Qəbələ kimi tarixi arxeoloji yerlərin qorunması, ölkəmizin bütün bölgələrində Tarix-diyarşünaslıq muzeylərinin yaradılması, arxeoloji və elmi tədqiqat işlərinin miqyasının çoxaldılması və şəxsən həmin yerlərə səfər edərək işlərlə maraqlanması, bu istiqamətlərdə qanunvericilik bazasının formalaşdırılması və s. fəaliyyətləri bunun bariz nümunələridir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi və məsul şəxs Səadət Əliyeva 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis edilməsi tarixindən, əhəmiyyətindən və keçirilmə məqsədindən danışaraq bildirib ki, bu gün Azərbaycanda da geniş qeyd edilir. Abidələr və tarixi yerlər haqqında ictimaiyyətə məlumatlar verilir, ekskursiyalar və sərgilər təşkil edilir. Ölkəmiz də ən qədim yaşayış məskənləri olan tarixi ərazilər baxımından zəngin olduğu üçün bəşər sivilizasiyasının ilk nümunələrinə aid saysız-hesabsız tarixi yerlər və abidələr bu gün də qorunub saxlanmaqdadır. Çünki xalqımızın keçdiyi şanlı və keşməkeşli tarixi özündə yaşadan bu abidələr bizim milli kimliyimiz, tarixi keçmişimizdir. Sonra tədbir iştirakçılarına və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisləri tərəfindən Qazax rayonunda yerləşən dünya və ölkə əhəmiyyətli tarixi, arxeoloji abidələrin şəkillərindən ibarət slaydlar nümayiş etdirilməklə abidələr haqqında maarifləndirici xarakterli geniş məlumatlar verilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) Zivər Süleymanova milli irsimizin gözəl yadigarlarından olan XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin varisi Qazax Müəllimlər Seminariyasının tarixi, məzunları, hal-hazırki vəziyyəti, ADA Universiteti tərəfindən bərpa edilərək yenidən öz tarixi missiyasını davam etdirməsindən danışıb. Bildirib ki, Qazax Müəllimlər Seminariyası bütün azərbaycanlıların qürur mənbəyidir, məhz Qazax camaatının təşəbbüsü, maddi və mənəvi dəstəyi ilə bu təhsil ocağı Firuddin bəy Köçərlinin fədakarlığı ilə Gürcüstandan Vətənə köçürüldü və 1918-ci ildə noyabrın 10- da fəaliyyətə başladı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) Sərvinaz Aşurova Didəban və Baba Dərviş yaşayış məskənləri haqqında məlumat verib. Bildirib ki, Xanlıqlar kəndi yaxınlığında yerləşən hündür bir təpənin başında ucalan, hündürlüyü 8,3 m olan və ətrafdakı müdafiə qurğularına və yaşayış məntəqələrinə baş verən təhlükə haqqında tez bir zamanda xəbər vermək məqsədilə tikilmiş Didivan müdafiə qalası təxminən VI-VII əsrlərə aid abidədir. Digər dünya əhəmiyyətli abidə Baba Dərviş yaşayış məskənidir ki, bu 5 təpəşəkilli qədim yaşayış yerindən ibarətdir. Qazax ərazisində Xanlıqlar kəndində yerləşir. Təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ibtidai dövr tarixinin öyrənilməsi üçün əvəzsiz tarixi qaynaqdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) Cəvahir Rəfiyeva Damcılı mağara düşərgəsi və Koroğlu qalası haqqında məlumat verib. Qeyd edib ki, Damcılı mağarası isə Qazaxın Daş Salahlı kəndi yaxınlığında Avey dağının şərq ətəyində yerləşir. Burada aparılmış arxeoloji qazıntılar zamanı daş dövrünə aid qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilib. Hündürlüyü - 4 m, ümumi sahəsi 17x 27 m-dir. Burada həmçinin mağaranın çaxmaqdaşlaşmış tavanından süzülən Damcılı bulağı da var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) Sahib Məmmədov Qazax bölgəsindəki türbələr haqqında məlumat verib. Bildirib ki, rayonun Birinci və İkinci Şıxlı, Xanlıqlar, Hüseynbəyli və Aslanbəyli kəndlərində memarlıq üslubu və inşaat xüsusiyyətlərinə görə bir-birinə bənzəyən 4 və 6 guşəli türbələr vardır. Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndinin Türbəsi İncə çayın sağ sahilində yerləşir. Enli daş hasarla çevrəyə alınıb, hündür kvadrat şəkilli tikilidən ibarətdir. Bina və onu əhatə edən hasar daş örtüyə malikdir, tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq arasında ona Göy Türbə də deyilir. Sonda Qazaxın tarixi abidələrini əks etdirən sərgiyə baxış keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Geri qayıt |