Əsas Səhifə > Mədəniyyət > Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda

Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda


30-10-2017, 14:10
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Bu gün Qazax rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə uzun müddət Qazax Dövlət Dram Teatrında çalışmış istedadlı aktyor və rejissor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib.

Mərhum aktyorun həyat və yaradıcılığına həsr olunmuş gecədə RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, sənət dostları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Tədbir mərhum aktyorun sənət dostlarının, tanınmış elm və incəsənət xadimlərinin sənətkar haqqında söylədikləri ürək sözlərinin yer aldığı videoçarxın nümayişi ilə başlayıb.

Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov çıxış edərək istedadlı aktyorun həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ə.Əhmədov 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Müxtəlif illərdə Yerevan Dövlət Teatrında, Gəncə və Mingəçevir teatrlarında çalışıb. 1988-ci ildən isə Qazax Dövlət Dram Teatrında fəaliyyət göstərib. Çalışdığı müddətdə 40-dan çox tamaşaya quruluş verib, əksər tamaşalarda baş rolda oynayıb. İlk rol aldığı tamaşa Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi “Dar ağacı” tamaşası olub. Əhməd Əhmədov 2015-ci ildə 60 yaşında dünyasını dəyişib.
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax rayon Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Fərhad Qocamanov, Qazax rayon Aşıqlar Birliyinin sədri Camoy Qurbanov və başqaları çıxış edərək mərhum aktyorla bağlı öz xatirələrini danışıb, onun Azərbaycan mədəniyyətindəki xidmətlərindən, verdiyi töhfələrdən söz açıblar.

Mərhumun qızı Leyla Əhmədova çıxış edərək atası ilə bağlı ürək sözlərini çatdıraraq atasına verilən belə yüksək dəyərə görə rayon rəhbərliyinə və tədbirdə əməyi keçən insanlara ailəsi adından öz dərin minnətdarlığını bildirib.

Gecədə Əhməd Əhmədovun quruluşçu rejissoru olduğu və baş rolu özünün canlandırdığı “Sən nə üçün yaşayırsan”, “Qəribə düşmənlər”, “Yadındamı” tamaşalarından fraqment nümayiş olunub. Eyni zamanda Ə.Əhmədovun tamaşaya qoyduğu Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” tamaşasından bir parça göstərilib. Rolları teatrın aktyorları Nazilə Məmmədova, Səyalı İsmayılova və Minayə İbrahimova canlandırıblar.

Sonda teatrın direktoru Saqif İskəndərov çıxış edərək Ə.Əhmədovun əziz xatirəsini bir daha yad edib və onun daim qəlblərdə yaşayacağını qeyd edib.

Tədbir teatrın aktyoru Nəsimi Kamaloğlunun ifasında səslənən həzin musiqi sədaları altında başa çatıb.

Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
Rejissor və istedadlı aktyor Əhməd Əhmədovun xatirə gecəsi keçirilib - Qazaxda
GOYEZEN.AZ

Geri qayıt