Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsinin biliciləri” başlıqlı bilik yarışı keçirilib

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsinin biliciləri” başlıqlı bilik yarışı keçirilib


25-01-2023, 19:36


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar yanvarın 25-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərin irsinin təbliği məqsədilə rayonun orta məktəb şagirdləri arasında “Heydər Əliyev irsinin biliciləri” başlıqlı bilik yarışı keçirilib. 

Bilik yarışında Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, məktəblərin tarix müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova bilik yarışının keçirilməsinin məqsədi haqqında danışaraq bildirib ki, Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. "Heydər Əliyev İli" - Azərbaycan Respublikasında hər bir dövlət qurumunun, bütün vətəndaşların Ümummilli Liderin xalqımız, dövlətimiz qarşısında mənəvi borcunu yerinə yetirməsi ilidir. Qazax Rayon Heydər Əliyev Mərkəzi də dahi xilaskarımızın irsinin təbliği istiqamətində bu günə qədər bir çox layihələr, bir çox tədbirlər həyata keçirib. Lakin bu il bizim üçün daha da məsuliyyətli, daha da şərəfli bir fəaliyyət ilidir. “Heydər Əliyev İli” çərçivəsində xüsusi tədbirlər planı hazırlanıb və il ərzində bir sıra yeni layihələrin, tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bilik yarışmasının keçirilməsində məqsəd isə Ulu Öndərin irsini təbliğ etmək, gənclərə, yeniyetmələrə öz tarixini, xalqın, millətin, dövlətinin xilaskarını daha dərindən tanıtmaq, öyrətməkdir.  


Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova çıxış edərək 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin müstəqil dövlətimizdə bütün sahələrdə, o cümlədən təhsil, mədəniyyət sahəsində də yeni inkişaf ili olacağını qeyd edib. Belə tədbirlərin keçirilməsinin məktəblilərin müasir tariximizin Heydər Əliyev dövrü haqqında biliklərinin zənginləşdirilməsində böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Rayonun orta ümumtəhsil məktəbləri arasında keçirilən bilik yarışında şagirdlər 9 komandada 5 şagird olmaqla 3 mərhələdə yarışaraq birincilik uğrunda mübarizə aparıblar. 

Şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 50 sual verilib. Yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. 

Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin komandası suallara düzgün cavab verməklə yarışın qalibi olub. Qalib komandanın üzvlərinə diplom və hədiyyələr təqdim olunub.

GOYEZEN.AZ


Geri qayıt