Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tarix dərsləri davam edir

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tarix dərsləri davam edir


23-01-2023, 18:31


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərən Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Yanvarın 23-də keçirilən növbəti dərsdə Qazax Rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin tarix müəllimi Ceyhun Vəliyev və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. 


Bugünkü dərs “Milli dövlətçiliyin inkişafında Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda olub. Ceyhun Vəliyev şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görməsindən ətraflı məlumat verib. 


C.Vəliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş, xalqımızı azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirmişdir. Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inkişafını və dünya dövlətləri sırasında özünəməxsus yer tutmasını təmin edib. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda inamla addımlayır.

Dərsdə şagirdlərdən Şəbnəm Abbasova, Əfsanə Qasımova sual-cavabda fəal iştirak edərək seçiliblər.

 


Geri qayıt