Əsas Səhifə > Mədəniyyət > 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Azadlıq uğrunda” adlı tədbir keçirilib

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Azadlıq uğrunda” adlı tədbir keçirilib


19-01-2023, 20:37


Yanvarın 19-da Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Azadlıq uğrunda” başlıqlı tədbir keçirilib. 

Tədbirdə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin şagirdləri, müəllimlər və Mərkəzin əməkdaşları iştirak edilbər. 

Tədbir müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova 20 Yanvar hadisələrinin törədilməsi səbəblərindən, faciənin xalqımızın müstəqillik, hürriyyət və istiqlaliyyət mübarizəsinin başlanmasından, bu faciəyə ilkin siyasi-hüquqi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilməsindən danışıb. C.Hüseynova bildirib ki, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlamanı tələb etdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Məktəbin müəllimi Aynur Mahmudova çıxış edərək 20 Yanvar hadisələrinin şəxsən şahidi olmasından və faciənin dəhşətlərini öz gözləri ilə gördüyündən danışıb. Qeyd edib ki, baxmayaraq ki, həmin gecə xalqımıza qarşı dəhşətli silahlı cinayət baş verdi, lakin insanlar azadlıq istəyindən dönmədilər, əliyalın tankların, silahlı sovet ordusunun qarşısında mərdliklə dayandılar. 20 Yanvar faciəsi bizim qan yaddaşımız, həm də azadlıq mübarizəmizin başlanğıcıdır.

Tədbir şagirdlərin 20 Yanvar faciəsinə həsr edilmiş şeirləri və ədəbi-bədii kompozisiyalarla sona çatıb.


Geri qayıt