Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir

“Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir


19-01-2023, 20:01


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına müvafiq olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonun orta ümumtəhsil məktəblərində Ulu Öndər irsinin təbliği məqsədilə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Heydər Əliyev ömrünün 100 qızıl səhifəsi” başlıqlı dərslərin keçirilməsi davam edir. 

“Heydər Əliyev İli” çərçivəsində növbəti dərs yanvarın 19-da Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi   orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. 

Dərsdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova, məktəbin Azərbaycan dili müəllimi Həbibə Məmmədli, Mərkəzin əməkdaşları iştirak ediblər. 


Bugünkü dərs “Müstəqilliyə aparan yol” mövzusunda olub. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycan tarixinin Heydər Əliyev dövrü haqqında şagirdlərə geniş məlumat verib. C.Hüseynova bildirib ki, Heydər Əliyev tarixin yetirdiyi elə nadir şəxsiyyətdir ki, xalqına ləyaqətlə xidmət edərək ölkəmizin, dövlətin və dövlətçiliyin, millətin özünəqayıdışının və milli məfkurənin yüksəlişinin müəllifidir. Eyni zamanda mövzuya uyğun kitablar nümayiş etdirilərək xalqımızın böyük oğlunun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarla, sənədlərlə şagirdlər tanış edilib. 

Dərs müvəffəqiyyətlə həyata keçirilib. Dərsin sonunda mövzu ətrafında sual cavab aparılıb və şagirdlər yüksək fəallıq nümayiş etdiriblər. Şagirdlərdən Nuray Kərimli, Fidan Qasımova, Hüseyin Qədirov, Namiq Vəkilov sual-cavabda fəallıq nümayiş etdirərək  xüsusilə fərqləniblər.

       


Geri qayıt