Əsas Səhifə > Mədəniyyət > "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummillıi Lider Heydər Əliyevin rolu" mövzusunda növbəti dəyirmi masa təşkil olunub

"20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummillıi Lider Heydər Əliyevin rolu" mövzusunda növbəti dəyirmi masa təşkil olunub


17-01-2023, 23:48

 

“Heydər Əliyev İli” çərçivəsində yanvarın 17-də Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarmızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Qazax şəhər 
2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi yazılsa da, həm də xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Sonra məktəbin müəllimləri çıxışlarında Ulu Öndərin tarix yaradan şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz şəxsiyyət olduğunu qeyd ediblər. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və faciəyə verdiyi qiymətin özünün mükəmməl bir tarixi nümunə olduğunu vurğlayıblar. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərildiyini bildiriblər.

GOYEZEN.AZ


Geri qayıt