Əsas Səhifə > Mədəniyyət > “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda növbəti dəyirmi masa təşkil olunub

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda növbəti dəyirmi masa təşkil olunub


16-01-2023, 17:32


Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlərə start verilib.

Yanvarın 16-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin Elmar Hüseynov adına Mərkəzi Kitabxanasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Sonra “Qanları ilə azadlıq dastanı yazanlar - 20 Yanvar şəhidləri” adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktor v.m.i.e. Fəridə Xudiyeva XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 yanvar hadisəsi, xalqımızı qəlbən sarsıtmış bu faciənin baş vermə səbəbləri haqqında ətraflı məlumat verib. F.Xuduyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev çox ciddi nəzarətdə olmasına baxmayaraq, Moskva şəhərindəki Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini dünyaya çatdırıb, kommunist rejiminin xalqımıza qarşı həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edərək, xalqına, millətinə dayaq olduğunu bildirib. 20 Yanvar şəhidlərinin ildönümündə Ulu Öndər “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir... Bizim milli sərvətimizdir, milli iftixarımızdır” kimi qiymətli fikirlərini söyləyib.

GOYEZEN.AZ


Geri qayıt