Əsas Səhifə > Mədəniyyət > Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz bu gün də ziyarət edilib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz bu gün də ziyarət edilib


6-12-2022, 20:41


12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. 

Dahi insanın ölməz xatirəsini sonsuz ehtiramla yad etmək üçün Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər, ziyarətlər davam edir.  

Dekabrın 6-da Qazax Mənzil İstismar Sahəsinin, “Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər. 

Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini ehtiramla anıblar. Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsinihəyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya ediblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərən fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş etdirilib. 

Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz rolundan, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edilib.

GOYEZEN.AZ


Geri qayıt