Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər


26-09-2022, 22:14


Sentyabrın 26-da Qazax Rayon Heydər Əliyev Mərkəzində Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar “İflasa uğrayan erməni xülyası” mövzusunda tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları əvvəlcə 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin və torpaqlarımızın bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinə yaradılmş “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət  edib, memorial önünə tər qərənfillər düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar.



Sonra Mərkəzdə təşkil edilmiş dəyirmi masada Vətənimizin bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Mərkəzin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməklə möhtəşəm qələbəyə nail olduq. 44 günlük müharibə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. 


Sonra digər çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Azərbaycan xalqı qəhrəman xalqdır və ölkəmizdə milli həmrəylik mövcuddur. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

GOYEZEN.AZ


Geri qayıt