Əsas Səhifə > Mədəniyyət > “Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında növbəti mühazirə oxunub

“Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında növbəti mühazirə oxunub


12-01-2022, 21:02


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun ümumtəhsil məktəblərində şagirdlərə mühazirələrin oxunması davam edir.

Yanvarın 12-də Respublika Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar və Azərbayançılıq məfkurəsinin banisi, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti mühazirə oxunub.

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə "Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” başlığı altında reallaşan mühazirədə dahi şəxsiyyətin dövlətimiz xalqımız naminə misilsiz xidmətlərindən söhbət açılıb.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova şagirdlərə Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dahi şəxsiyyət Heydər Əliyevin Şuşanın, ümumilikdə Qarabağın inkişafı, tərəqqisi uğrunda misilsiz xidmətləri, mənfur ermənilərlə apardığı mübarizələr, Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Qarabağa, Şuşaya etdiyi səfərlər, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi kimi bərpa edilməsinin zəruriliyi istiqamətində gördüyü əhəmiyyətli işlərdən danışıb. C.Hüseynova bu gün şahidi olduğumuz tarixi proseslərin əsasının hələ o dönəmlərdə qoyulmasından, düşmən işğalından azad edildikdən sonra həmin ərazilərdə, o cümlədən Şuşa şəhərində aparılan işlərdən, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsi, 32 ildən sonra yenidən keçirilən Xarı Bülbül festivalından, Vaqif Poeziya günlərindən, Vaqifin bərpa edilən məqbərəsindən, Şuşa Rəsm Qalereyası, Şuşa Xalça Muzeyindən, yeni salınacaq otellərdən və s. bəhs edən geniş mühazirə oxuyub. Mərkəzin əməkdaşları Şuşanın tarixini, coğrafiyasını, mədəniyyətini, təbiətini  özündə əks etdirən kitablarla, şəkillərlə və digər əyani vasitələrlə Şuşa şəhəri, Ulu Öndər Heydər Əliyevin və Onun siyasətini uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşanı böyük bir tarixi memarlıq abidəsinə çevirmək istiqamətində gördüyü əhəmiyyətli işlər haqqında gəncləri hərtərəfli məlumatlandırıblar. Dərsin sonunda şagirdləri maraqlandıran sualları cavablandırılıb.





GOYEZEN.AZ


Geri qayıt