Əsas Səhifə > Mədəniyyət > ”Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda növbəti mühazirə oxunub

”Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda növbəti mühazirə oxunub


23-11-2021, 16:10


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin təbliği məqsədilə ümumtəhsil, ali və orta ixtisas məktəblərində mühazirələrin oxunması davam edir.

Növbəti mühazirə noyabrın 23-də Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinə "Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda oxunub.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri, Tələbə Gənclər Təşklatının sədri Elvira Əfəndiyeva giriş sözü ilə çıxış edərək Mərkəzin əməkdaşları tərəfindən tələbələrə həyat yolu və fəaliyyət tarixi bütöv bir idarəçilik məktəbi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə oxunan mühazirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu mühazirələrin gənclərin müasir Azərbaycan tarixinin şanlı səhifələri ilə daha yaxından tanış olmaları üçün maraqlarının artmasında, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği, gənc nəsillərə çatdırılmasında böyük roluolduğunu bildirib.


Sonra Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında geniş mühazirə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, XX yüzilliyin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin, Azərbaycan Respublikasının xilaskarıdır. Əgər XX yüzilliyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini xalqımızın xeyrinə həll etməsəydi, Heydər Əliyev kimi qüdrətli şəxsiyyət olmasaydı, müstəqilliyimizi qoruyub saxlaya bilməyəcəkdik. Qeyd edib ki, Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş tarixi şəxsiyyətdir. Azərbaycan tarixinin  50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti, Onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev həm öz xalqının dahi oğlu, həm də dünyanın ən qüdrətli tarixi simalarından olan nadir şəxsiyyət, ümumdünya tarixinin azərbaycanlı dahisidir.

Sonda mühazirə tələbələrlə diskusiya xarakterli müzakirələrlə davam etdirilib. Kollecin Poçt Rabitə fakültəsinin II kurs tələbəsi Xumar Tanrıverdiyeva müzakirələrdə fəallığı ilə seçilib və Mərkəzdə keçiriləcək tədbirlərdə fəal iştirak etmək arzusunda olduğunu bildirib.

 

GOYEZEN.AZ


Geri qayıt