Əsas Səhifə > Mədəniyyət > Mədəniyyət və turizm naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Şəmkir şəhərində vətəndaşları qəbul edəcək12-07-2017, 18:30 |
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən bildirir ki. mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də saat 11:00-da Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 5) keçiriləcək qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edəcəklər. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur. Geri qayıt |