Əsas Səhifə > Mədəniyyət > “Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda növbəti “Açıq dərs” keçirilib
“Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda növbəti “Açıq dərs” keçirilib15-11-2021, 20:22 |
Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin, Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə məktəblilər arasında keçirilən "Açıq dərs”lər davam etdirilir. Növbəti "Açıq dərs” noyabrın 15-də Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin 9-cu sinif şagirdləri üçün təşkil olunub. "Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə Ulu Öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva şagirdlərə Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasət barədə geniş məlumat verib. S.Qocayeva qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atan Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı lider dövlətə çevirərək xalqımızı daha da işıqlı gələcəyə aparmaqdadır. Azərbaycan xalqının və dövlətinin milli maraqlarını uca tutan dahi rəhbər ömrünü xalqımızın və dövlətimizin inkişafına, tərəqqisinə həsr edib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş və Qalib dövlət kimi tanınır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs son 18 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasətinin nəticəsi,Ali Baş Komandan İlham Əliyevin qüdrətinin təcəssümüdür. "Açıq dərs”də sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlərdən Əli Alızadə, Günel Abdullazadə, Nihat Əliyev, Kənan Hacızadə sual-cavabda fəal iştirak ediblər.
GOYEZEN.AZ Geri qayıt |