Əsas Səhifə > Mədəniyyət > “Qarabağ xalçaları” başlıqlı “Açıq dərs” keçirilib

“Qarabağ xalçaları” başlıqlı “Açıq dərs” keçirilib


7-10-2021, 16:37


Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021-ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun icrası məqsədilə Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində "Açıq dərs”lərin keçirilməsi davam edir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən "Açıq dərs”lərin təşkil olunmasında əsas məqsədişğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə  məktəblilərə ətraflı məlumat verməkdir.

Layihə və tədbirlərin həyata keçirilməsi çərçivəsində oktyabrın 7-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinə "Qarabağ xalçaları” başlıqlı "Açıq dərs” keçirilib.

 

"Açıq dərs” məktəbdə yaradılmış Peşə təmayüllü sinifdə şagirdlərə Qarabağ xalçaları haqqında məlumatın verilməsi ilə başlayıb.Mərkəzinin Baş fond mühafizi Səidə Qocayeva bildirib ki, Azərbaycanın döyünən ürəyi Qarabağ təkcə füsunkar təbiəti ilə deyil, həm də qədim tarixi abidələri, musiqisi, incəsənəti ilə də dünyada məşhurdur. Qarabağ həm də nəfis xalçaların vətənidir. Qarabağda toxunan xalçalar Azərbaycan xalçaçılıq sənətinin nadir incilərindəndir. Qarabağ bölgəsi xalça sənətinin inkişafı üçün zəruri olan xammal ehtiyatının bol olduğu üçün böyük təkan olmuşdur. Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rəglərinin ən zərif çalarlarını özündə əks etdirir. Bu xalçaların rəngləri şux və parlaq olur. 

 

Sonra məktəblilərin "Azərxalça” ASC-nin Qazax filialına ekskursiyası təşkil edilib. Filialın direktoru Razim İbrahimov məktəblilərə Qarabağ xalaçaçılıq məktəbi, sıx, hündür və yumşaq xova malik Qarabağ xalçaları, Qarabağ xalçalarında istifadə olunan ilmələr, ornamentlər haqqında geniş məlumat verib. Şagirdlər xalça toxunuşu prosesini əyani şəkildə izləyib, toxucuların köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər. Həmçinin, xalça hazırlamaq üçün istifadə edilən xammal və ləvazimatlarla tanış olublar. Naxışlarla bağlı şagirdlərin sualları cavablandırılıb. Ekskursiya uşaqların marağına səbəb olub.




 

GOYEZEN.AZ


Geri qayıt