Əsas Səhifə > Mədəniyyət > “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” adlı növbəti mühazirə

“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” adlı növbəti mühazirə


3-05-2021, 16:33


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini gələcək nəsillərə təbliğ etmək məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir.

Növbəti mühazirənin oxunması mayın 3-də Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin IX sinif şagirdlərinin iştirakı ilə baş tutub.

Məktəbin direktoru Yeganə Göyüşlünün də iştirak etdiyi "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü misilsiz işlərə bir daha nəzər salınıb.

Mərkəzin direktoru Ceyhunə Hüseynova dahi şəxsiyyət Heydər Əliyevin XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayaraq sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün göstərdiyi böyük xidmətlərindən danışıb. Azərbaycanı hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevirməsindən, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsindən bəhs edən geniş mühazirə ilə məktəblilərə məlumat verib. Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu gələcəyə ölçülüb-biçilmiş siyasəti yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirməsindən söz açıb.

Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb. Məktəbin IX sinif şagirdləri Sədaqət Camalova, Sahib Məhərrəmov, Rəşad Qocayev sual-cavabda fəallıq nümayiş etdiriblər.

GOYEZEN.AZ


Geri qayıt