Əsas Səhifə > Mədəniyyət > “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda növbəti mühazirə

“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda növbəti mühazirə


30-04-2021, 12:40


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət müstəqilliyi quruculuğu istiqamətində həyata keçirdiyi siyasi fəaliyyətini və Azərbaycançılıq məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir. Növbəti mühazirənin oxunması Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə reallaşıb.

Məktəbin direktoru Leyla Allahverdiyevanın, məktəbin psixoloqu Gülnarə Məmmədovanın da iştirak etdiyi "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü misilsiz işlərə bir daha nəzər salınıb.

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova geniş məruzə ilə çıxış edərək fenomen şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, idarəçilikdə demokratik ənənələrin bərqərar edilməsi naminə misilsiz xidmətlərindən danışıb. Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu gələcəyə ölçülüb-biçilmiş siyasəti yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirməsindən söz açıb.

Dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

GOYEZEN.AZ


Geri qayıt