Əsas Səhifə > Mədəniyyət > Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər


19-03-2021, 17:48


Martın 18-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində iştirak edən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan şəhidlərin - əsgər Abdullayev Taleh Temraz oğlunun,  leytenant Bayramlı Elmar İsa oğlunun baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarlarını ziyarət ediblər. Qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.

Sonra 44 günlük Vətən müharibəsində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsinə baş çəkib, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Şəhidimizin ailəsi ilə səmimi söhbət edən Mərkəzin əməkdaşları nə qədər ki, Azərbaycan xalqı var Teymur kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını qeyd ediblər. İgid Vətən oğullarının göstərdiyi igidliyin, qəhrəmanlığın hər zaman xatırlanacağını, yaddaşlara əbədi həkk olunacağını bildiriblər. Bugünkü və gələcək nəsillərin hər zaman onlardan örnək götürəcəklərini vurğulayıblar.

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarı






"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun məzarı



"Vətən uğrunda”, "Laçının azad olunmasına görə”  "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarı



GOYEZEN.AZ


Geri qayıt